21 yaşlı tiktoker xərçəngdən HƏYATINI İTİRDİ - FOTO

21 yaşlı tiktoker xərçəngdən HƏYATINI İTİRDİ - FOTO

Hazırda oxunan: 21 yaşlı tiktoker xərçəngdən HƏYATINI İTİRDİ - FOTO

245895

21 yaşlı tiktoker xərçəngdən ölüb.

Bizim.Media xəbər verir ki, yeni zellandiya əsilli tiktoker Dominique McShain 21 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

O, aprel ayının 6-da xəstəliyi barədə post paylaşaraq sayılı günlərinin qaldığını bildirib.

İnfluenser kolon xərçəngini nəcisdə qan görməsi, yorğunluq və qəbizlik kimi əlamətlərdən sonra aşkarlayıb.
 

Kolon xərçəngi qalın bağırsaqda yaranan və orada yayılan xərçəng növüdür. Bu xəstəlik, adətən bağırsaq divarlarında inkişaf edən poliplərin zamanla xərçəngə çevrilməsi nəticəsində meydana gəlir. Əlamətləri arasında qarın ağrısı, qanlı nəcis, qəbizlik və ya ishal kimi hallarla yanaşı, yorğunluq da ola bilər.


Xərçəngin erkən mərhələlərində simptomlar çox vaxt az hiss olunur, buna görə müntəzəm tibbi müayinələr önəmlidir. Kolon xərçəngi müalicə edilə bilən bir xəstəlikdir, amma erkən aşkar edilməsi və vaxtında müalicə başlanması həyatı qurtara bilər.

Qeyd edək ki, aktrisa Çimnaz Sultanova da bir müddət əvvəl bu səbəbdən dünyasını dəyişib. (Milli.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO