İran bu ərazini Azərbaycana icarəyə verib – Orada Astara Terminalı inşa edilir

İran bu ərazini Azərbaycana icarəyə verib – Orada Astara Terminalı inşa edilir

Hazırda oxunan: İran bu ərazini Azərbaycana icarəyə verib – Orada Astara Terminalı inşa edilir

245870

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində bu dəhlizin əsas elementlərindən olan Astara Terminalının (İran ərazisində) tikintisi bu il başa çatdırılacaq.

Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədr müavini Emil Məmmədov Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya neft ticari-nəqliyyat" forumunda bildirib.

"ADY-nin idarə etdiyi terminal dediyim dəhlizlə yük daşımalarının həcmini artırmağa imkan verəcək", - deyə o qeyd edib.
 

ADY rəsmisi əlavə edib ki, "Şimal-Cənub" marşrutu çərçivəsində xüsusilə Azərbaycan və Rusiya arasında qatarların mübadiləsinin həyata keçirildiyi şimal hissədə ötürücülük qabiliyyəti genişləndirilir.


"Həmçinin Azərbaycana məxsus olan və bizim idarə etdiyimiz, lakin İran ərazisində yerləşən terminalın tikintisinin tamamlanması istiqamətində iş aparılır. Biz bu il tikinti işlərini yekunlaşdırırıq və bu, marşrutun inkişafına əlavə təkan verəcək", - o vurğulayıb.

Astara Terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur.

Terminalın inşasına Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə start verilib.

Terminal İranın Astara şəhərində Azərbaycan–İran sərhədindən 1,4 km məsafədə yerləşir. ADY-nin tikdiyi terminalın ərazisini İran 25 il müddətinə Azərbaycana icarəyə verib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO