Yanvarda Suriyanın yeni hökuməti Rusiya rəhbərliyindən devrilmiş prezident Bəşər Əsədin ekstradisiyasını xahiş etsə də, Kreml bundan imtina edib.
Bizim.Media xəbər verir ki, bunu “The New York Times” qəzetinə müsahibəsində Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa deyib.
“İmtina etməsinə baxmayaraq, Suriya administrasiyası Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil, Şaraa əlavə edib.
O xatırladıb ki, Suriya silahlarının əksəriyyəti Rusiyada istehsal olunub və ölkə böyük ölçüdə Rusiyanın ərzaq və enerji təchizatından asılıdır:
“Bizim Suriyanın bu əsas maraqlarını nəzərə almaq öhdəliyimiz var”.
“Reuters”in məlumatına görə, müvəqqəti hökumət, həmçinin Moskvadan Əsədin Rusiyaya apardığı vəsaiti qaytarmağı tələb edib.
Agentliyin mənbələrinə görə, söhbət 500 min dollar nağd puldan, eləcə də zinət əşyalarından gedir. Bundan əlavə, Əsəd özü ilə vacib sənədləri, noutbukları və məxfi məlumatları ehtiva edən sərt diskləri götürüb.
Xatırladaq ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında devrilib, bundan sonra dərhal Suriyanı tərk edib və Rusiyadan siyasi sığınacaq alıb.
Rusiyanın iki əsas hərbi bazası Suriyada fəaliyyətini davam etdirir: Tartus limanındakı dəniz logistika bazası və Latakiya əyalətindəki Xmeymim aviabazası. Hər iki baza Moskva üçün strateji əhəmiyyət kəsb edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:18 / 24.04.2025
Putin Bəşər Əsədi Suriyaya təhvil verməkdən imtina etdi
Hazırda oxunan: Putin Bəşər Əsədi Suriyaya təhvil verməkdən imtina etdi
Hazırda oxunan: Putin Bəşər Əsədi Suriyaya təhvil verməkdən imtina etdi
245804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.