Ərdoğan zəlzələyə görə evlərini tərk edərək küçədə qalan insanlarla görüşdü – VİDEO

Ərdoğan zəlzələyə görə evlərini tərk edərək küçədə qalan insanlarla görüşdü – VİDEO

Hazırda oxunan: Ərdoğan zəlzələyə görə evlərini tərk edərək küçədə qalan insanlarla görüşdü – VİDEO

245799

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən güclü zəlzələdən sonra evlərinə qayıtmağa qorxan və gecəni küçələrdə keçirən insanlara baş çəkib.

Bizim.Media xəbər verir ki, vətəndaşlarla söhbət edən Ərdoğan daha sonra uşaqlarla xatirə şəkli çəkdirib.

O, həmçinin nazirlər və rəsmilər tərəfindən görülən işlər barədə məlumat alıb.

Qeyd edək ki, ötən gün İstanbulda ardıcıl 6 güclü zəlzələ qeydə alınıb. Zəlzələlər müvafiq olaraq 4.9, 4.5, 4.8, 4.4, 6.2 və 3.9 bal gücündə olub.

Yeraltı təkanlardan sonra İstanbulda insanlar evlərini tərk ediblər. Təşviş içində olan və evlərinə getmək istəməyən sakinlər gecəni məktəb həyətlərində, parklarda, idman zallarında və məscidlərdə keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO