“Zəlzələnin hiss olunduğu şəhərlərdə günorta saatlarından etibarən apardığımız axtarış və yoxlama tədbirləri nəticəsində heç bir problem aşkar edilməyib. Zəlzələ nəticəsində ölən olmayıb”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AFAD-ın İstanbul qərargahında keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
“Bu gün Mərmərə dənizində baş verən və İstanbulda və ətraf vilayətlərdə hiss olunan 6,2 bal gücündə zəlzələdən zərər çəkmiş bütün vətəndaşlarımıza ən xoş arzularımı çatdırmaq istəyirəm. AFAD-ın İstanbul regional ofisində geniş toplantı keçirdik.
Zəlzələnin hiss olunduğu şəhərlərdə günorta saatlarından etibarən apardığımız axtarış və yoxlama tədbirləri nəticəsində heç bir problem aşkar edilməyib. Zəlzələ nəticəsində ölən olmayıb”.
Bizim.Media