Alimlərdən önəmli araşdırma:  Appendiksin çıxarılması bu xəstəliyə yoluxmanı azaldır

Alimlərdən önəmli araşdırma: Appendiksin çıxarılması bu xəstəliyə yoluxmanı azaldır

Hazırda oxunan: Alimlərdən önəmli araşdırma: Appendiksin çıxarılması bu xəstəliyə yoluxmanı azaldır

245752
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, beynəlxalq alimlər qrupu appendisitə görə appendiksin çıxarılmasının Parkinson xəstəliyinin inkişaf riskini azaltdığını aydınlaşdırıblar.

Tədqiqatçılar 1,6 milyon isveçli arasında yayılmış mərkəzi sinir sistemi xəstəliyinin epidomoloji məlumatlarını təhlil ediblər. Məlumdur ki, appendiksdə (kor bağırsaqda qurdvari çıxıntı) çox sayda alfa sinuklein toplaşır ki, bu da beyində Parkinson xəstəliyinin aqreqatlarını yaradır və bu pozulmanın əsas səbəblərindəndir.

Məlum olub ki, appendiksin götürülməsindən sonra Parkinson xəstəliyi 19,3 faiz azalıb. Bundan başqa, əməliyyat nəticəsində xəstəliyin başlanması 3,6 il ləngiyib.

Təkcə ABŞ-da milyondan çox insan Parkinson xəstəliyindən əziyyət çəkir. 2010-cu ildə bu xəstəliklə əlaqədar tibbi xidmətlərə görə 14 milyard dollar vəsait sərf edilib. Gözlənilir ki, 2040 -cı ildə bu xəstəlik iki dəfə artacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO