Türkiyədə 51 afterşok QEYDƏ ALINIB

Türkiyədə 51 afterşok QEYDƏ ALINIB

Hazırda oxunan: Türkiyədə 51 afterşok QEYDƏ ALINIB

245725

“Türkiyədə yerli vaxtla saat 15:12-yə qədər ən güclüsü 5,9 bal olan 51 afterşok qeydə alınıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

İstanbul küçələri zəlzələdən sonra – VİDEO


Bundan başqa, İstanbulda məktəb və universitetlərdə təhsil 2 gün müddətinə dayandırılıb.

Qeyd edilib ki, hazırda aidiyyəti qurumlar bölgədə monitorinq və qiymətləndirmə işlərini davam etdirir: “112 Qaynar Xətt nömrəsinə indiyədək 6100 məlumat daxil olub. Bu hesabatların əksəriyyəti məlumat əldə etmək məqsədi daşıyırdı.

Allaha şükürlər olsun ki, indiyədək can itkisi və xəsarət alan yoxdur.

Zəlzələdən sonra bütün komandalarımız ilk andan sürətlə hərəkətə keçib. İndiyədək aparılan yoxlamalara görə, yaşayış məskənləri olan binaların çökməsi müşahidə edilməyib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO