Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Qusar xəstəxanasında – FOTO

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Qusar xəstəxanasında – FOTO

Hazırda oxunan: Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Qusar xəstəxanasında – FOTO

245685

23 aprel 2025-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığının səfiri İssam bin Saleh əl-Cuteyli Qusar rayonuna səfər edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfər çərçivəsində qonaq əvvəlcə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovla görüşüb.

Görüş zamanı İcra başçısı Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından söz açaraq, səfirə rayonun tarixi, coğrafi mövqeyi, turizm potensialı, ictimai-siyasi və sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verib. Görüşdə həmçinin, iki ölkə arasında əməkdaşlıq perspektivləri, işgüzar əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bu təklifdən məmnunluğunu bildirərək, gələcəkdə tərəfdaşlığın qurulmasının ikitərəfli münasibətlərə müsbət töhfə verəcəyini qeyd edib.

Səfir daha sonra Qusar rayonunda fəaliyyət göstərən OKİ klinikası və Qusar Rayon Mərkəzi Xəstəxanasında olub. Səhiyyə ocaqlarında yaradılmış müasir infrastruktur və xəstələrin müalicəsi üçün yaradılmış şəraitlə yaxından tanış olub.

Səmimi qəbula və xoş söhbətə görə İcra başçısına təşəkkürünü bildirən İssam bin Saleh əl-Cuteyli rayona səfərindən razı qaldığını qeyd edib. Bu səfərin gələcək əməkdaşlığın inkişafı baxımından səmərəli olacağına ümidvar olduğunu bildirib.



















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO