Metro stansiyasına Papanın adı veriləcək

Metro stansiyasına Papanın adı veriləcək

Hazırda oxunan: Metro stansiyasına Papanın adı veriləcək

245599

Argentinanın paytaxtı Buenos-Ayresin rəhbərliyi yerli qanunvericilik məclisinə metrostansiyaya Roma Papası Fransiskin adının verilməsini təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə Buenos-Ayresin meri Xorxe Makri “X” hesabında paylaşım edib.
 

“Mən Qanunvericilik Assambleyasına D xəttindəki metro stansiyasının adının Papa Fransisk adlandırılmasına dair qanun layihəsi təqdim etmişəm”, - deyə o yazıb.


Sözügedən metro stansiyası Fransiskin 2013-cü ilin martında Papa seçilməzdən əvvəl xidmət etdiyi Buenos-Ayres Katedralının yanında yerləşir.

Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. O, aprelin 26-da dəfn olunacaq. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO