İranın Livandakı səfiri Əmani XİN-ə çağırılıb.
Bizim.Media xəbər verir ki, İran səfiri Livanın Hizbullahı tərksilah etmək və ölkəyə silah tədarükünü məhdudlaşdırmaq üçün apardığı danışıqları tənqid etməsinə etiraz məqsədilə çağırılıb.
Belə ki, Əmani "X" hesabındakı paylaşımında tərksilah layihəsinin ABŞ tərəfindən dəstəklənən ölkələrə qarşı plan olduğunu iddia edib.
O, ölkələrə arsenallarını azaltmaq üçün təzyiqləri pisləyib və bildirib ki, bu cür tədbirlər İraq, Liviya və Suriyada olduğu kimi həmin ölkələri hücumlara qarşı həssas edir.
Diplomat paylaşımda birbaşa olaraq Livandan bəhs etməsə də, onun sözləri Livanın Hizbullahın tərksilah edilməsi və silah təchizatının məhdudlaşdırılması məsələsi ilə bağlı daxili müzakirələrinə müdaxilə kimi qəbul edilib.
Bizim.Media