Papanın üzüyü xüsusi mərasimlə SINDIRILACAQ - FOTO

Papanın üzüyü xüsusi mərasimlə SINDIRILACAQ - FOTO

Hazırda oxunan: Papanın üzüyü xüsusi mərasimlə SINDIRILACAQ - FOTO

0:00
0:00
245561

89 yaşında vəfat edən Roma Papası Fransiskin üzüyü çəkic vasitəsilə sındırılacaq.

Bizim.Media xəbər verir ki, bunun üçün xüsusi mərasim təşkil ediləcək.

Üzüyü sındırmaq vəzifəsinin Vatikanın ən güclü adamlarından birinə çevrilmiş irlandiyalı fəhlə ailəsindən olan kardinal Kevin Cozef Farrellə həvalə edildiyi bildirilir.

Sözügedən üzük ənənəvi olaraq məktubları mumla möhürləmək və pontifik sənədlərinə rəsmi imza (möhür) qoymaq üçün istifadə olunurdu. Onun məhv edilməsi ilə də mümkün saxtakarlığın qarşısı alınmış olur. Sındırılan üzük daha sonra Fransiskin tabutuna qoyulacaq.
 

Qeyd edək ki, yalnız Papaya məxsus olan bu üzük hər bir papa üçün özəl olaraq hazırlanır. Odur ki, onun təkrarını, bənzərini yaratmaq və ya çoxaltmaq qanunla qadaöan edilir.


Belə üzüklər Romada Roma Zərgərlər Gildiyasının üzvü olan ustalar tərəfindən dizayn edilərək hazırlanır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO