Evsizlərə narkotik verək! - QALMAQAL

Evsizlərə narkotik verək! - QALMAQAL

Hazırda oxunan: Evsizlərə narkotik verək! - QALMAQAL

245323

ABŞ-ın Kaliforniya ştatında yerləşən Lankaster şəhərinin meri Reks Perris şəhərdəki evsizlərdən “xilas olmaq” üçün onlara istədikləri qədər narkotik maddə – fentanil verilməsini təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
 

“Mənim etmək istədiyim budur: onlara pulsuz fentanil verək. Mən istəyirəm ki, istədikləri qədər fentanil alsınlar... Açığı, prezidentin bizim üçün bir “təmizləmə” planı təşkil etməsini istərdim. Çünki bu insanlardan doğrudan da qurtulmaq lazımdır”, - deyə mer bildirib.


O əlavə edib ki, şəhərdəki evsizlərin təxminən yarısı əvvəllər məhkum olunmuş şəxslərdir və baş verən cinayətlərin əksəriyyətini məhz bu şəxslər törədir. (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO