Bu yeməkdən yeyən hər kəs iflic oldu

Bu yeməkdən yeyən hər kəs iflic oldu

Hazırda oxunan: Bu yeməkdən yeyən hər kəs iflic oldu

245283

Fransanın Alp dağlarındakı Montçavin kəndində baş verən müəmmalı hadisə yerli və beynəlxalq elmi dairələri hərəkətə keçirib. İddialara görə, kənd sakinləri saxta morel göbələyi yedikdən sonra sinir sistemlərində ciddi pozğunluq yaşayıb və nəticədə bir çoxu iflic olub.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, ilk simptomlar arasında əzələ zəifləməsi, hərəkət məhdudluğu və danışıq problemləri qeyd olunub.

Hadisələrin ardından xəstələrə Motor Neyron Xəstəliyi (MND) diaqnozu qoyulub. Bu xəstəlik sinir sisteminin zədələnməsi ilə nəticələnir və bədənin tədricən iflic olmasına gətirib çıxarır.
 

66 yaşlı britaniyalı Stiv İsaak 2007-ci ildən Montçavində yaşayır və yeganə sağ qalan şəxs kimi bu müəmmalı hadisənin əsas şahididir. Göz izləmə texnologiyası vasitəsilə danışan İsaak "Bildiyim qədərilə heç vaxt saxta morel yeməmişəm" deyə bildirib.


Hadisənin kəndin su mənbəyi ilə bağlı ola biləcəyi ehtimal edilsə də, aparılan analizlər suyun təmiz olduğunu ortaya qoyub. Dr. Spenser eyni zamanda bölgədə vaxtilə fəaliyyət göstərmiş kömür mədənlərinin təsirinə də diqqət çəkib və tələsik nəticə çıxarmağın düzgün olmayacağını vurğulayıb.

76 yaşlı sakin Mireille Marchand isə göbələkləri 20 ildir yediyini, ancaq heç bir problem yaşamadığını deyib:

"İnanmıram ki, səbəb onlar olsun".

Hadisənin qeydə alınmasından sonra alimlər genişmiqyaslı araşdırma aparmağa başlayıblar. Maraqlıdır ki, son 6 il ərzində kənddə heç bir MND halı müşahidə olunmamışdı. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO