Rubio Dövlət Departamentində köklü dəyişiklikləri TƏKZİB ETDİ

Rubio Dövlət Departamentində köklü dəyişiklikləri TƏKZİB ETDİ

Hazırda oxunan: Rubio Dövlət Departamentində köklü dəyişiklikləri TƏKZİB ETDİ

245167

ABŞ dövlət katibi Marko Rubio ölkə mətbuatında Ağ Evin Dövlət Departamentinin strukturunu yenidən təşkil etmək planları barədə yayılan məlumatları saxta adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə diplomat “X” hesabında yazıb.

Onun sözlərinə görə, “New York Times” daha bir saxtakarlığın qurbanı olub.

Qeyd edək ki, qəzetin məqaləsində Ağ Evin Dövlət Departamentinin işçilərini kəskin şəkildə ixtisar etmək planlarından bəhs edilib. Dərc edilən materialda ABŞ-nin Afrikadakı fəaliyyətinə nəzarət edən işçilərin vəzifəsindən azad edilməsi, BMT ilə qarşılıqlı əlaqədə olan Beynəlxalq Təşkilatlar Bürosunun ləğvi və Kanadada diplomatik əməliyyatların azaldılması barədə də danışılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO