“Fox News” Kiyevi Rusiya şəhəri adlandırdı

“Fox News” Kiyevi Rusiya şəhəri adlandırdı

Hazırda oxunan: “Fox News” Kiyevi Rusiya şəhəri adlandırdı

245119

“Fox News”un Pasxa yayımında Kiyevi "Rusiya şəhəri" kimi təqdim etməsi Ukraynanın sərt reaksiyasına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixinin X sosial şəbəkəsində paylaşım edib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Fox News telekanalı, Pasxa bayramı münasibətilə Kiyevdə keçirilən dini ayini yayımlayarkən, Ukraynanın paytaxtını "Kiyev, Rusiya" kimi təqdim edib. Bu hadisə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) kəskin etirazına səbəb olub.

XİN-in sözçüsü Georgiy Tixiy, sosial şəbəkə paylaşım edərək, əgər bu hadisə səhv idisə, Fox News-un rəsmi üzr istəməsi və məsul şəxsin müəyyən olunaraq cəzalandırılması üçün araşdırma aparılmasının vacibliyini vurğulayıb.

Hadisə, Fox News-un Kiyevdəki Müqəddəs Mixayıl Qızılgümüş Kilsəsindən və Moskvadakı Xilaskar Məsih Kilsəsindən Pasxa ayinlərini eyni vaxtda yayımladığı zaman baş verib. İlkin olaraq, Kiyevdən olan yayım "Kiyev, Ukrayna" kimi təqdim edilsə də, qısa fasilədən sonra bu yazı "Kiyev, Rusiya" olaraq dəyişdirilib və bu səhv təxminən 30 dəqiqə davam edib.

Bu hadisə, Ukrayna ictimaiyyətində və beynəlxalq mediada geniş rezonans doğurub və Fox News-un bu səhvi, Ukraynanın suverenliyinə qarşı hörmətsizlik kimi qiymətləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO