İsrail Fransanı HƏDƏLƏDİ

İsrail Fransanı HƏDƏLƏDİ

Hazırda oxunan: İsrail Fransanı HƏDƏLƏDİ

245047

Fransa Fələstin dövlətini tanımaq qərarına gələrsə, İsrail birtərəfli cavab verə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Saar Britaniyanın “The Telegraph” nəşrinə müsahibəsində bildirib.

"Belə bir qərar böyük səhv olardı və bu, həm də İsraili küncə sıxışdıracaq və onu təktərəfli addımlarla bağlı qərarlar qəbul etməyə məcbur edəcək. Əgər kimsə gələcək mümkün danışıqların nəticəsini əvvəlcədən müəyyən etməyə çalışırsa, biz də bunu edə bilərik", - İsrailli nazir qeyd edib.

İordan çayının qərb sahilinin ilhaqı ilə bağlı suala cavab olaraq isə Saar deyib:

"Əgər kimsə orada gələcəkdə nə baş verəcəyini əvvəlcədən müəyyən etməyə çalışarsa və bu ərazilər mübahisəlidirsə, bu, şübhəsiz ki, İsraili bu istiqamətə sövq edəcək. Başqaları sizin mövqeyinizi pozmağa çalışarkən siz səssiz otura bilməzsiniz”.

Onun sözlərinə görə, Fransa Fələstin dövlətini tanıyacağı təqdirdə Yaxın Şərqdəki nüfuzunu itirəcək.

Saar vurğulayıb ki, Fələstinin Paris tərəfindən tanınması gələcəkdə sülh və sabitliyə nail olmaq şanslarını azaldacaq, çünki bu, fələstinlilərin güzəştə getmək və ya danışıqlar aparmaq həvəsini aradan qaldıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO