Türkiyəli aktrisa Sevil Akdağ bloger rəfiqəsi Elif Kıravı bıçaqlayaraq öldürüb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında İstanbulun İskəndərpaşa rayonunda baş verib.
Məlumata görə, Elif Kırav və Sevil Akdağ çöldə görüşdükdən sonra Kıravın evinə gediblər. Bir müddət sonra onlar evdə mübahisə etməyə başlayıb.
Mübahisə zamanı Sevil Akdağ rəfiqəsini bıçaqlayıb, daha sonra öz biləklərini kəsib. Akdağ qısa müddət sonra evdən qaçıb.
Elif Kıravla əlaqə saxlaya bilməyən yaxınları gənc qızın evinə gediblər.
Kıravı evdə qan içində görən qohumları polisə və təcili yardıma məlumat veriblər.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası Kıravın həyatını itirdiyini müəyyən edib. Araşdırmalardan sonra Sevil Akdağ polis tərəfindən saxlanılıb.
Bizim.Media