Türkiyənin İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Aziz İhsan Aktaş cinayətkar qruplaşmasına qarşı aparılan araşdırmalar çərçivəsində Beşiktaş Bələdiyyəsində geniş əməliyyat keçirilib. Əməliyyat nəticəsində aralarında Beşiktaş Bələdiyyə Sədrinin müavini Ali Rıza Yılmazın da olduğu 12 bələdiyyə məmuru barəsində saxlanma qərarı verilib.
Bizim.Media "Haber Global"a istinadən xəbər verir ki, bu barədə informasiyanı prokurorluq yayıb.
Hazırda saxlanılan bələdiyyə məmurları barəsində istintaq və məhkəmə prosesləri davam edir.
Qeyd edək ki, Aziz İhsan Aktaş diyarbəkirli biznesmen kimi tanınır.
Dövlət qurumları və bələdiyyələrlə olan ticarət əlaqələri ilə ön plana çıxdığı deyilən iş adamı İstanbulda "tender korrupsiyası" istintaqında, bələdiyyə sədrlərinə və yüksəkvəzifəli rəhbərlərə rüşvət verərək tender proseslərini manipulyasiya etdiyi iddia olunur. Aziz İhsan Aktaş barəsində cinayətkar təşkilat qurmaq, idarə etmək, tenderə hiylə qarışdırmaq və rüşvət vermək kimi ciddi ittihamlar var.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:10 / 17.04.2025
Bələdiyyə sədrinin müavini TUTULDU - Korrupsiya əməliyyatı
Hazırda oxunan: Bələdiyyə sədrinin müavini TUTULDU - Korrupsiya əməliyyatı
Hazırda oxunan: Bələdiyyə sədrinin müavini TUTULDU - Korrupsiya əməliyyatı
244604
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.