ABŞ-lı fotoqrafçı Kaliforniyadakı milli parkda təsadüfən rast gəldiyi evlilik təklifini kameraya qeyd etdikdən sonra cütlüyü axtarmağa başlayıb. Tanınmış fotoqrafçı "Tək istədiyim bu fotoşəkilin o cütlüyün əlinə keçməsidir. Məncə bu onlar üçün xüsusi bir andır" deyib.xa0
Moderator.az xəbər verir ki, eyni yerdə şəkil çəkdirmək istəyən bir dostunu gözləyən fotoqrafçı şəkli çəkdikdən sonra cütlüyün olduğu yerə gedərək şəkili onlara vermək istədiyini, ancaq oraya çatanda cütlüyün çoxdan getmiş olduğunu deyib.xa0
Fotoqrafçı cütlüyü tapacağına ümid edərək fotonu sosial mediada paylaşdığını, ancaq fotoşəkilin yüz minlərlə izləyicisi olmasına baxmayaraq cütlüyün kim olduğu hələ də tapmadığını bildirib.xa0
Kamran

































































































