Tramp İsrailin İranın nüvə obyektlərini vurmasına ƏNGƏL OLDU – DETALLAR

Tramp İsrailin İranın nüvə obyektlərini vurmasına ƏNGƏL OLDU – DETALLAR

Hazırda oxunan: Tramp İsrailin İranın nüvə obyektlərini vurmasına ƏNGƏL OLDU – DETALLAR

244587

ABŞ prezidenti Donald Tramp İsrailin İranın nüvə obyektlərinə planlaşdırdığı zərbəni əngəlləyib.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” nəşri ABŞ administrasiyasının rəsmilərinə istinadən yazıb.

Mənbə qeyd edir ki, İsrail may ayı üçün İranın nüvə obyektlərə hücum planı hazırlayıb və bildirib ki, məqsəd rəsmi Tehranın nüvə silahı yaratmaq imkanlarını bir il və ya daha çox müddətə məhdudlaşdırmaqdır.

Xatırladaq ki, ötən şənbə günü ABŞ və İran Omanda danışıqlar aparıb. Hər iki ölkə danışıqları “müsbət” və “konstruktiv” adlandırıb.

Danışıqların ikinci raundunun bu şənbə günü keçirilməsi nəzərdə tutulub. İran yenə də danışıqların Omanda aparılmasının tərəfdarı olduğunu bildirib, lakin Qərb mənbələri danışıqların keçiriləcəyi yer kimi Roma şəhərinin adını çəkiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO