Macarıstan Aİ-nin Ermənistana ayırmaq istədiyi hərbi yardımı BLOKLADI

Macarıstan Aİ-nin Ermənistana ayırmaq istədiyi hərbi yardımı BLOKLADI

Hazırda oxunan: Macarıstan Aİ-nin Ermənistana ayırmaq istədiyi hərbi yardımı BLOKLADI

244582

Macarıstan Avropa İttifaqının Avropa Sülh Mexanizmi (APF) vasitəsilə Ermənistana əlavə 20 milyon avro “qeyri-öldürücü” hərbi yardım göstərməsinə mane olub.

Bizim.Media “News.am”a istinadən xəbər verir ki, bunu Brüsseldəki diplomatik mənbə bazar ertəsi Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Budapeşt həmin qərara veto qoyub:

“Macarıstan istisna olmaqla, bütün Aİ ölkələri Aİ-nin xarici siyasət rəhbəri Kallasın təklifini dəstəkləyib”.

Mənbə dünənki danışıqlardan sonra heç bir irəliləyişin əldə olunmadığını bildirib.

Ötən ilin iyulunda Ermənistan Aİ-dən ilk dəfə 10 milyon avro dəyərində hərbi yardım alıb.

Qeyd edək ki, Macarıstan aylardır ki, Azərbaycana da analoji yardımın göstərilməsini tələb edir.

Digər bir çox Aİ-yə üzv dövlətlərdən fərqli olaraq, Macarıstan Qarabağ münaqişəsində Azərbaycanı açıq şəkildə dəstəkləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO