Van Dammın sülhlə bağlı Putinə müraciəti REZONANS DOĞURDU

Van Dammın sülhlə bağlı Putinə müraciəti REZONANS DOĞURDU

Hazırda oxunan: Van Dammın sülhlə bağlı Putinə müraciəti REZONANS DOĞURDU

244576

Kino karyerasının zirvəsi çoxdan geridə qalan Hollivud aktyoru Jan-Klod Van Damm Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Rusiyaya gəlib sülh səfiri olmaq istədiyini bildirib. 

Bizim.Media xəbər verir ki, aktyorun müraciətinin videosunu jurnalist Diana Pançenko öz Telegram kanalında yayımlayıb.

Kino ulduzunun sözlərinə görə, belə bir adı almaq onun üçün şərəf olardı.

Bundan əlavə, Van Damm etiraf edib ki, Rusiya lideri ilə bu görüş zamanı onlar sülh, idman və xoşbəxtliyi müzakirə edə bilərlər. Amma heç bir siyasətdən söhbət gedə bilməzdi.

Bu çıxış Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə baş verdiyi üçün ciddi rezonans doğurub.

Sənətçi onu da xatırladıb ki, o, artıq 2010-cu ildə Soçidə Vladimir Putinlə görüşüb. 

Müraciətini yekunlaşdıran Jan-Klod Van Damm Rusiya prezidentinə təşəkkür edib və Rusiyaya öpüş göndərib. “Putin və onun ailəsi üçün böyük öpüş” deyə aktyor əlavə edib.

Jan-Klod Van Damm təkcə dünya kinosu ilə deyil, Azərbaycanla da ailəvi əlaqələrə malikdir. Onun oğlu Kristofer Van Damm bir neçə il əvvəl azərbaycanlı qızla ailə həyatı qurub. Bu evlilik sayəsində məşhur aktyorun ailə bağları Azərbaycanla da yaranıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO