Sorağımız Avropaya ÇATDI – Azərbaycanda boşanmaq niyə dəbə ÇEVRİLİB?

Sorağımız Avropaya ÇATDI – Azərbaycanda boşanmaq niyə dəbə ÇEVRİLİB?

Hazırda oxunan: Sorağımız Avropaya ÇATDI – Azərbaycanda boşanmaq niyə dəbə ÇEVRİLİB?

244493

Boşanmalar mövzusu yenə gündəmdədir. Bu dəfə Avropa Statistika Bürosu məyusedici açıqlama yayıb. Açıqlamada bildirilir ki, əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayına görə Azərbaycan Avropa ölkələri arasında ilk sıralarda yer alır. Azərbaycan boşanmaların sayına görə Avropada ilk 3-lükdədir.

2000-ci ildə Azərbaycanda 5 min 478 boşanma qeydə alındığı halda, ötən il bu göstərici 19 min 597 olub. Bu isə o deməkdir ki, son 25 ildə boşanmaların sayı 3,6 dəfə artıb.

25 il əvvəl - 2000-ci ildə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 0,7 olduğu halda, ötən il 2,1-ə yüksəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Xəyanət edənlər boşananda TƏZMİNAT ÖDƏYƏCƏK?


Bir neçə gün öncə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumata görə isə 2025-ci ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 3414 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı dəyişməyib eyni səviyyədə (2,1) qalıb.

Bəs, millət vəkilləri sorağı Avropaya qədər gedib çıxan boşanmaların sayının bu qədər artmasının səbəbini nədə görür? Ailə institutunun getdikcə sarsılmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablayan millət vəkili Günay Ağamalının fikrincə, bu statistika ölkəmizdə ailə institutunun üzləşdiyi çağırışlara diqqət yetirilməsini zəruri edir:

“Boşanmaların artmasının səbəbləri ailədaxili ünsiyyətin zəifliyi və emosional uyğunluğun olmaması, informasiya vasitələrinin ailə dəyərlərinə təsiri, gənclər arasında ailə məsuliyyəti və öhdəlikləri barədə hazırlığın kifayət qədər olmaması, zorakı və qeyri-sağlam münasibətlərin mövcudluğu ilə izah edilə bilər.

Bu amillər ailə institutunun dayanıqlığını zəiflədir və nigahların uzunömürlülüyünə mənfi təsir göstərir.
 

Azərbaycan cəmiyyətində ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi məqsədilə ailə psixoloqları və məsləhət xidmətlərnin gənclər üçün ailə məsuliyyəti, nigah öncəsi hazırlıq və sağlam ünsiyyət bacarıqları üzrə maarifləndirici proqramlar hazırlaması, kütləvi informasiya vasitələrində sağlam və dayanıqlı ailə modellərinin təbliği kimi tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirəm.


Qeyd etdiyim tədbirlərin həyata keçirilməsi ailə institutunun möhkəmləndirilməsinə, nigahların dayanıqlı və məsuliyyətli şəkildə qurulmasına, həmçinin boşanma hallarının azalmasına ciddi töhfə verərdi”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO