“Bizim bildiyimiz Qərb artıq mövcud deyil”.
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Almaniyanın "Die Zeit" qəzetinə müsahibəsində deyib.
“Mən inanmış Atlantik tərəfdarı və Birləşmiş Ştatların böyük dostu olsam da, ABŞ administrasiyası ilə Avropa arasında mövcud böhranın daha geniş geosiyasi çağırışlarla birlikdə Aİ-ni müvafiq addımlar atmağa məcbur etdiyini düşünürəm.
Dünya nizamı kimi qəbul etdiyimiz struktur nəinki Çin ilə ABŞ arasındakı hegemonluq mübarizəsi, həm də, əlbəttə ki, Putinin imperialist ambisiyaları ilə gərginləşən dünya nizamsızlığına çevrilir. Buna görə də bizə böyük dünyaya çıxmağa hazır olan və qarşıdan gələn bu yeni qlobal nizamın formalaşmasında çox fəal rol oynayan başqa, yeni Aİ lazımdır”, deyə o, qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:34 / 16.04.2025
Lyayen: “Bizim bildiyimiz Qərb artıq mövcud deyil”
Hazırda oxunan: Lyayen: “Bizim bildiyimiz Qərb artıq mövcud deyil”
Hazırda oxunan: Lyayen: “Bizim bildiyimiz Qərb artıq mövcud deyil”
244489
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.