Yardımlı rayonunun Çayüzü kəndindən qısamüddətli sel keçib.
Bizim.Media xəbər verir ki, hadisəyə səbəb ötən gecə bölgədə yağan intensiv leysan yağışları olub.
Güclü yağıntılar nəticəsində Viləş çayında və ona birləşən kiçik çaylarda suyun səviyyəsi kəskin şəkildə qalxıb. Nəticədə çay yatağından çıxaraq ətraf ərazilərə yayılıb.
Qeyd edək ki, hazırda bölgədə yağışlı hava şəraiti davam edir.
Sabutay, Bizim.Media, Cənub Bürosu