Moskvadan Tiflisə SƏRT CAVAB – Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə birdəfəlik VİDALAŞIR...

Moskvadan Tiflisə SƏRT CAVAB – Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə birdəfəlik VİDALAŞIR...

Hazırda oxunan: Moskvadan Tiflisə SƏRT CAVAB – Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə birdəfəlik VİDALAŞIR...

244269

Rusiya Abxaziya və Osetiyanın müstəqilliyinin tanınması məsələsinə yenidən baxılmayacağını açıqlayıb. Belə ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Tiflislə diplomatik münasibətləri bərpa etməyə hazır olduqlarını bəyan edib. Bununla yanaşı, o Tiflisin bu məsələnin həllini Rusiyanın Abxaziya və Cənubi Osetiya məsələsində tutduğu mövqe ilə əlaqələndirməsindən təəssüfləndiyini də qeyd edib.

“Abxaziya və Cənubi Osetiyanın suverenliyi və müstəqilliyinin tanınması ilə bağlı 2008-ci ilin avqustunda qəbul edilmiş qərara yenidən baxılmayacaq”, - deyə Mixail Qaluzin yekunlaşdırıb.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə bəyan edib ki, Rusiya-Gürcüstan münasibətlərinin bərpası yolunda yalnız bir maneə var-Rusiyanın Gürcüstan ərazilərini işğal etməsi. O bildirib ki, bu məsələdə hər şey Rusiyadan asılıdır.

Bu əsasda da Gürcüstan hökuməti Rusiyanın diplomatik münasibətləri bərpa etməyə hazır olduqları barədə bəyanatına birmənalı şəkilədə “yox” deyib.

Xatırladaq ki,ötən ilin ikinci yarısında Gürcüstanın xarici agentlər haqqında qanun qəbul etməsi fonunda fikirlər səslənirdi ki, həmin qanunda məqsəd Qərbdən üz döndərib Moskvaya yaxınlaşmaqdır. Moskvaya yaxınlaşmaq isə bir məqsədə-işğal edilmiş əraziləri geri qaytarmağa xidmət edir.

Lakin Rusiya rəsmilərinin sözügedən məsələdə son açıqlamaları belə deməyə əsas verir ki, Moskva Abxaziya və Cənubi Osetiya məsələsində geri addım atmaq niyyətində deyil.

Belə olan halda, Gürcüstan torpaqları ilə birdəfəlik vidalaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, sözügedən məsələdə hər şey olduğu kimi qalacaq:

“Əslində burada yeni bir şey yoxdur. Rusiya Abxaziya və Cənubi Osetiya ilə bağlı artıq qərarını verib. Əraziləri işğal edib və bu prosesdə heç bir dəyişiklik yoxdur. Bu mənada Tiflislə Moskva arasında münasibətlərin bərpa ediləcəyini gözləyənlər yanılırlar. Rusiya bu məsələdə öz mövqeyini dəyişdirməyəcək. Hər şey olduğu kimi qalır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO