Türkiyənin ticarət nazirinin müavini Qarabağda - FOTO

Türkiyənin ticarət nazirinin müavini Qarabağda - FOTO

Hazırda oxunan: Türkiyənin ticarət nazirinin müavini Qarabağda - FOTO

244117

Türkiyə Respublikasının ticarət nazirinin müavini Mustafa Tuzcu və onun rəhbərlik etdiyi nümayəndə heyəti öncə Xocalı rayonunda olub, burada aparılan tikinti-quruculuq işləri ilə maraqlanıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, qonaqlara şəhərdə aparılan işlər barədə geniş məlumat verilib.
 

Sonra qonaqlar Xankəndidə Qarabağ Universiteti ilə tanış olublar. Xankəndi şəhərində, Ağdərə və Xocalkı rayonlarında Prezidentin Xüsusi nümayəndəliyinin əməkdaşları onlara burada təhsil alan tələbələrin sayı barədə, görülmüş və görüləcək işlər haqqında məlumat veriblər.



Qonaqlar Xankəndi şəhəri Zəfər meydanında da olub və burada aparılan tikinti- quruculuq işləri, yeni layihələrlə maraqlanıblar. Nümayəndə heyətini qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan dərhal sonra Xankəndi şəhərində geniş tikinti quruculuq işlərinə start verilib.

Mustafa Tuzcu da bildirib ki, Türkiyə işğaldan azad edilən torpaqların bərpasında iştirak edəcək:

”Bizim şirkətlərimizin Qarabağa verəcəyi dəstək təkcə ticari-iqtisadi fəaliyyətlərdən ibarət deyil, bu bizim üçün həm də bir məsuliyyətdir. Biz qardaş dövlət və millət olaraq əlimizdən gələni edəcəyik”.










Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO