Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

Hazırda oxunan: Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

243917

13 aprel 2025-ci il tarixində Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı şəhərinə ballistik raketlərlə hücum edib.

Bizim.Media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı daha sərt tədbirlər görməyə çağırıb və bildirib ki, belə hücumlar yalnız terrorizmin təzahürüdür.

Hazırda hadisə yerində xilasetmə əməliyyatları davam edir və bütün aidiyyəti qurumlar zərərçəkənlərə yardım göstərmək üçün səfərbər olunub.

Xatırladaq ki, bu gün Rusiya ordusu Ukraynanın şimal-şərqində yerləşən Sumı şəhərinin mərkəzinə iki ballistik raketlə hücum edib. Hücum nəticəsində azı 21 nəfər həyatını itirib, 83 nəfər isə yaralanıb. Yaralılar arasında 7 uşaq da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO