Putin və Trampın görüşü ilə bağlı RƏSMİ AÇIQLAMA: “Mütləq baş tutacaq”

Putin və Trampın görüşü ilə bağlı RƏSMİ AÇIQLAMA: “Mütləq baş tutacaq”

Hazırda oxunan: Putin və Trampın görüşü ilə bağlı RƏSMİ AÇIQLAMA: “Mütləq baş tutacaq”

243882

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Prezident Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında birbaşa görüş mütləq baş tutacaq.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O deyib ki, lakin bu görüşün keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri aparılmalıdır.
 

Peskov qeyd edib ki, hər iki lider bu görüşün keçirilməsinə siyasi iradə nümayiş etdiriblər və bu, ictimaiyyətə açıq şəkildə bəyan edilib.


Peskovun sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfəri və Prezident Putinlə keçirdiyi görüş, liderlər arasında gələcəkdə baş tutacaq birbaşa görüşə doğru atılan əlavə bir addımdır. Bu görüşdə tərəflər Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO