Türk Dövlətləri Təşkilatının (TDT) əhatə dairəsi getdikcə genişlənir.
Bizim.Media xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömuralıyev Türkiyədə keçirilən IV Antalya Diplomatiya Forumu çərçivəsində Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşündə deyib.
O bildirib ki, təşkilat Avropa və Asiyanı əhatə edən üzv və müşahidəçi ölkələri birləşdirən çoxtərəfli platforma kimi əhəmiyyət qazanır.
Tərəflər görüş çərçivəsində institusional dialoqun və əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib. Görüşdə ümumi maraq doğuran sahələrdə, xüsusilə təhsil və rəqəmsallaşma sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.
Tərəflər iki təşkilat arasında dialoqun gücləndirilməsinin vacibliyini vurğulayaraq, demokratik idarəçiliyi, sosial inklüzivliyi və davamlı inkişafı dəstəkləyəcək mümkün birgə təşəbbüslərə açıq olduqlarını bildiriblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:25 / 12.04.2025
Baş katib: TDT-nin əhatə dairəsi genişlənir
Hazırda oxunan: Baş katib: TDT-nin əhatə dairəsi genişlənir
Hazırda oxunan: Baş katib: TDT-nin əhatə dairəsi genişlənir
243825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.