“Ukrayna hazırda nə NATO-ya, nə də Avropa İttifaqına üzv ola bilməz” - Merts

“Ukrayna hazırda nə NATO-ya, nə də Avropa İttifaqına üzv ola bilməz” - Merts

Hazırda oxunan: “Ukrayna hazırda nə NATO-ya, nə də Avropa İttifaqına üzv ola bilməz” - Merts

243820

Almaniyanın gələcək kansleri Fridrix Merts Ukraynanın hələ Rusiya ilə müharibə şəraitində olduğu müddətdə Avropa İttifaqına və NATO-ya üzv olmasına qarşı çıxır.

Bizim.Media xəbər verir ki, bu barədə o, "Handelsblatt" qəzetinə verdiyi müsahibədə danışıb.

"Ukrayna hazırda müharibə vəziyyətindədir. Müharibə vəziyyətində olan bir ölkə nə NATO-ya, nə də Avropa İttifaqına üzv ola bilər. Bu, hazırkı məqamla bağlıdır", – deyə almaniyalı siyasətçi bildirib.

Merts onu da vurğulayıb ki, Ukraynaya verilmiş Aİ üzvlüyü və NATO perspektivi ilə bağlı vədlər qüvvədə qalır. Lakin bu məqsədə çatmaq üçün müharibənin əvvəlcə başa çatması vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO