İran-ABŞ danışıqları başa çatdı - YENİLƏNİB

İran-ABŞ danışıqları başa çatdı - YENİLƏNİB

Hazırda oxunan: İran-ABŞ danışıqları başa çatdı - YENİLƏNİB

243784

İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən dolayı danışıqlar bir neçə dəqiqə əvvəl başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Omanın xarici işlər naziri iki tərəf arasında fikir və təklifləri çatdıran mühüm vasitəçi rolunu oynayıb.

Əsas mövzular İrana qarşı sanksiyaların aradan qaldırılması yolları və Tehranın nüvə proqramı ilə bağlı müzakirələr ətrafında olub.

Tərəflər danışıqların gələn həftə davam etdiriləcəyi barədə razılığa gəliblər.

Qeyd edilib ki, iki saat yarımdan çox davam edən dolayı danışıqlar başa çatdıqdan sonra İran və ABŞ nümayəndə heyətlərinin başçıları Oman xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqə danışıblar.

***15.37

İran və ABŞ arasında dolayı danışıqların ilk raundu başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İran XİN sözçüsü İsmayıl Bəqayi bildirib.

Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında dolayı danışıqlar başlayıb.

Qeyd edilib ki, nümayəndə heyətləri ayrı-ayrı otaqlarda olacaq və Oman rəsmiləri mesajları çatdıracaq. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO