Lavrov Hakan Fidanla Cənubi Qafqazdakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Lavrov Hakan Fidanla Cənubi Qafqazdakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Lavrov Hakan Fidanla Cənubi Qafqazdakı vəziyyəti MÜZAKİRƏ ETDİ

243776

Türkiyənin Antalya şəhərində işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Bizim.Media Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, S.Lavrov səfər çərçivəsində H.Fidan ilə ikitərəfli danışıqlar aparıb, həmçinin IV Antalya Diplomatik Forumunda iştirak edib.

Görüş zamanı S.Lavrov və H.Fidan beynəlxalq və regional gündəliyin əsas məsələləri, o cümlədən Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyətlə bağlı ətraflı müzakirələr aparıblar. Həmçinin siyasi dialoq, iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq üzrə mövqelər nəzərdən keçirilib.

Tərəflər qarşıdakı Rusiya-Türkiyə təmaslarının qrafikini də müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO