Trampın elçisinin “Ukrayna Berlin kimi bölünə bilər” sözləri QALMAQAL YARATDI

Trampın elçisinin “Ukrayna Berlin kimi bölünə bilər” sözləri QALMAQAL YARATDI

Hazırda oxunan: Trampın elçisinin “Ukrayna Berlin kimi bölünə bilər” sözləri QALMAQAL YARATDI

243698

ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloq Britaniya qəzeti “The Times”a müsahibəsində Ukrayna ərazisinin bölünməsini nəzərdə tutmadığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Kelloq sosial şəbəkədə yazıb.

““The Times”ın məqaləsində dediklərim təhrif olunub. Mən Ukraynanın suverenliyini dəstəkləmək üçün atəşkəsdən sonra sabitliyi təmin edən qüvvələr haqqında danışırdım. Bölünməni müzakirə edərkən müttəfiq qüvvələrin (Amerika qoşunları olmadan) məsuliyyət zonalarını nəzərdə tuturdum. Mən Ukraynanın bölünməsini nəzərdə tutmamışdım”, – o izah edib.

Xatırladaq ki, daha əvvəl “The Times” Kelloqun Ukraynanın II Dünya Müharibəsindən sonrakı Berlin nümunəsində Avropa ölkələri və Rusiya arasında nəzarət zonalarına bölünə biləcəyini söylədiyini bildirmişdi.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO