Hərbçilərimiz Moskvada 9 May paradında iştirak EDƏCƏKLƏR

Hərbçilərimiz Moskvada 9 May paradında iştirak EDƏCƏKLƏR

Hazırda oxunan: Hərbçilərimiz Moskvada 9 May paradında iştirak EDƏCƏKLƏR

243504

Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında iştirak edəcəklər.

Bizim.Media xəbər verir ki, bunu TASS-a Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev deyib.
 

“80 nəfər Azərbaycan hərbçisi mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək”, - deyə diplomat bildirib.


Onun sözlərinə görə, yaxın vaxtlarda hərbçilər məşqlərdə iştirak etmək üçün Moskvaya gələcəklər:

“Bu, bizim ümumi tarixdir, bu, bizim qələbədir”.

Xatırladaq ki, martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya, Belarus və Tacikistan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər. Dövlət başçıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO