ABŞ yeni idxal rüsumlarının tətbiqindən sonra gündə 3,5 milyard dollar qazanır.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
“Bu rüsumlar Amerikanı çox güclü ölkəyə çevirir”, – ABŞ prezidenti əlavə edib.
Tramp həmçinin bildirib ki, bu cür tədbirlər 25, hətta 40 il bundan əvvəl də görülməli idi, lakin ondan əvvəlkilərin heç biri bunu etmək istəməyib.
Bizim.Media