Arxiyepiskop Aleksandr İşein vəfat etdi

Arxiyepiskop Aleksandr İşein vəfat etdi

Hazırda oxunan: Arxiyepiskop Aleksandr İşein vəfat etdi

24343

Bu gün uzun sürən xəstəlikdən sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein 69 yaşında vəfat edib.

Bizim.Media xəbər veri ki, bu barədə Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibliyindən bildirilib.

Qeyd edək ki, arxiyepiskop Aleksandr 13 iyun 1952-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində doğulub.

O, Moskva Ruhani Seminariyasını bitirib və 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. Aleksandr İşein 28 dekabr 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğuna təyin olunub. 18 iyul 2012-ci ildə isə arxiyepiskop dini dərəcəsinə yüksəlib.

Mərhum 27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO