Dünən Fransanın xarici işlər naziri Jan-Noel Barrot ölkə vətəndaşlarını girov götürülmək riskinə məruz qalmamaları üçün İrana səfər etməkdən çəkinməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
“Bütün soydaşlarımızdan İrana səfər etməməyi xahiş edirəm, eləcə də hazırda İranda müvəqqəti yaşayan vətəndaşlarımızdan Fransaya qayıtmalarını istəyirəm”, - deyə XİN rəhbəri vurğulayıb.
İranda girov saxlanılan Fransa vətəndaşlarının azadlığa buraxılması üçün Tehrana edilən davamlı təzyiqlərə toxunan Jan-Noel Barrot qeyd edib ki, İslam Respublikasında fransızların özbaşına həbs edilməsi təhlükəsi daha yüksəkdir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:54 / 10.04.2025
Fransadan vətəndaşlarına ÇAĞIRIŞ: İranı TƏRK EDİN!
Hazırda oxunan: Fransadan vətəndaşlarına ÇAĞIRIŞ: İranı TƏRK EDİN!
Hazırda oxunan: Fransadan vətəndaşlarına ÇAĞIRIŞ: İranı TƏRK EDİN!
243323
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.