ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdində ittiham olunan Rayan Uesli Rout həbsindən bir saat əvvəl Ukrayna raket qurğusu almağa cəhd edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Guardian” yazıb.
Qeyd olunur ki, həmin şəxs Ukrayna tərəfdən olan və hərbi silahlara çıxışı olan şəxslə təhlükəsiz messencer vasitəsilə əlaqə saxlayıb.
Rout yazıb: “Mənə bir ədəd RPG (raketli qumbaraatan) və ya Stinger göndərin, görək nə edə bilərik... (Tramp) Ukrayna üçün yaxşı seçim deyil”.
Nəşrin məlumatına görə, təqsirləndirilən şəxsin əslində kiminlə yazışması izah edilmir. Bununla belə, söhbətin “özlüyündə onun planının həyata keçirilməsi istiqamətində mühüm addım olduğu” bildirilir.
Bizim.Media