İlon Maskın sərvəti 134 milyard dollar AZALDI

İlon Maskın sərvəti 134 milyard dollar AZALDI

Hazırda oxunan: İlon Maskın sərvəti 134 milyard dollar AZALDI

242998

Son aylarda ABŞ-ın avtomobil istehsalçısı “Tesla” şirkətinin səhmlərinin ucuzlaşması bu müəssisənin qurucusu və baş direktoru İlon Maskın sərvətinin 300 milyard dollardan aşağı düşməsinə səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Bloomberg” agentliyi yayıb.

Mənbə qeyd edir ki, ümumilikdə iş adamı ilin əvvəlindən 134,7 milyard dollar vəsait itirib ki, bu da dünyanın ən varlı adamları arasında altıncı ən böyük göstəricidir.

Buna ictimai rəyin milyarderə qarşı çevrilməsi səbəb olub. Belə ki, Donald Trampın prezident seçkilərində qələbəsindən sonra İlon Maskın sərvəti yüksəlsə də, onların sonrakı fəaliyyətləri biznesmeni tənqid hədəfinə çevirib.
 

“Tesla” şirkətinin avtomobil satışlarında geriləmə dekabr ayından bəri onun bazar kapitallaşmasını yarıya endirib. İdxal rüsumları məsələsində Donald Trampla fikir ayrılığı biznesmen üçün yeni problem ola bilər. ABŞ prezidenti tariflərin zəruri olduğunu hesab edərkən, İlon Mask bu qərara getdikcə daha çox tənqidi yanaşır.


Xatırladaq ki, üç həftə öncə ABŞ-ın ticarət naziri Hovard Lutnik “Tesla” səhmlərinin 235 dollardan aşağı düşəcəyini təsəvvür etməyin mümkün olmadığını desə də, bir gün öncə onların qiyməti 215 dollara enib. Lakin ticarət sessiyasının sonunda qiymətli kağızın qiyməti bir qədər yüksələrək 233 dollara yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO