Zelenski təsdiqlədi: Ukrayna ordusu Belqorod vilayətindədir

Zelenski təsdiqlədi: Ukrayna ordusu Belqorod vilayətindədir

Hazırda oxunan: Zelenski təsdiqlədi: Ukrayna ordusu Belqorod vilayətindədir

242966

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin hesabatını dinləyib. O, Ukrayna qoşunlarının Rusiyanın Kursk və Belqorod vilayətlərində apardığı əməliyyatdan danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidentinin axşam müraciətində bildirilib.

"Ali Baş Komandan Aleksandr Sırski bu gün məlumat verdi: cəbhə xətti Kursk və Belqorod vilayətindədir. Biz düşmən ərazisində aktiv əməliyyatlar aparırıq. Və bu, tamamilə ədalətlidir - müharibə başladığı yerə qayıtmalıdır", - Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əməliyyatının əsas məqsədi, əvvəlki kimi, Ukrayna torpaqlarını, xüsusən də Sumı və Xarkov vilayətlərinin icmalarını ruslardan maksimum dərəcədə qorumaqdır.

Zelenski qeyd edib ki, Sırski Ukrayna bölmələrinin məhz sərhəd xətti boyunca, eləcə də qondarma boz zonada və bilavasitə Rusiya Federasiyası ərazisindəki fəaliyyəti barədə məlumat verib.

Ukrayna mətbuatı bundan əvvəl məlumat vermişdi ki, mart ayında Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Belqorod vilayətinə daxil olub və Demidovka kəndinin kənarında dayaq nöqtəsi yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO