Aİ Tramp administrasiyasına cavab olaraq Vaşinqtona yeni rüsumlar TƏTBİQ EDƏCƏK

Aİ Tramp administrasiyasına cavab olaraq Vaşinqtona yeni rüsumlar TƏTBİQ EDƏCƏK

Hazırda oxunan: Aİ Tramp administrasiyasına cavab olaraq Vaşinqtona yeni rüsumlar TƏTBİQ EDƏCƏK

242886

Avropa Komissiyasının qərarına əsasən, Avropa İttifaqı aprelin 15-də Tramp administrasiyasının hərəkətlərinə cavab rüsumları tətbiq edəcək.

Bizim.Media xəbər verir ki, bunu Avropa komissarı Maroş Şefçoviç məlumat yayıb.
 

Onun sözlərinə görə, ABŞ-ın tarifləri Aİ ixracatının əhəmiyyətli hissəsinə zərbə vurub və onun ABŞ-dakı payı 380 milyard avro təşkil edir: "Beləliklə, bütün ixracımızın təxminən 70% -i minik avtomobillərindəki 27,5% tarif kimi mövcud tariflərlə birlikdə 20%, 25% və ya daha yüksək tariflərlə üzləşir".


Şefçoviç vurğulayıb ki, Brüssel Vaşinqtona avtomobillər və bütün sənaye malları üçün qarşılıqlı sıfır rüsum əldə etməyi təklif edib. Cavab tədbirlərinin özü ilə bağlı səsvermə aprelin 9-da, yekun siyahı isə aprelin 15-də qəbul ediləcək.

“Bu gün birinci tədbirlər paketi çərçivəsində mallara, mayın 15-də isə qalanlara rüsumlar tətbiq edilməyə başlayacaq”, - deyə Avropa komissarı yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO