Netanyahu təcili ABŞ-a GETDİ – İran məsələsi GÜNDƏMDƏ

Netanyahu təcili ABŞ-a GETDİ – İran məsələsi GÜNDƏMDƏ

Hazırda oxunan: Netanyahu təcili ABŞ-a GETDİ – İran məsələsi GÜNDƏMDƏ

242816

İsrailin baş naziri Benyamin Netanyahu aprelin 7-də ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün Vaşinqtona gedib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb
 

Mənbə qeyd edir ki, onu səfərdə həyat yoldaşı Sara Netanyahu müşayiət edir. ABŞ-a həmçinin İsrail hökumətinin başçısının hərbi katibi, general-mayor Roman Hofman da gedib.


Xatırladaq ki, bundan əvvəl İsrailin baş naziri aprelin 3-dən 6-dək Macarıstanda olub, oradan da Amerika paytaxtına yollanıb.

Qeyd edək ki, Netanyahunun ABŞ-a səfəri aprelin 8-dək davam edəcək.

Daha əvvəl İsrail Baş Nazirinin dəftərxanası Trampla danışıqlarda ticarət tarifləri, israilli girovların azad edilməsi, İsrail və Türkiyə münasibətləri, İrandan gələn təhlükə, Beynəlxalq Cinayət Məhkəməsinə qarşı birgə səylərin müzakirə olunacağını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO