Xameneidən 6 ölkəyə xəbərdarlıq – Türkiyə də var

Xameneidən 6 ölkəyə xəbərdarlıq – Türkiyə də var

Hazırda oxunan: Xameneidən 6 ölkəyə xəbərdarlıq – Türkiyə də var

242721

“İran ABŞ-la Oman Sultanlığı vasitəsilə danışıqlar aparmağı təklif edir”.

Bizim.Media xəbər verir ki, bunu yüksək rütbəli İran rəsmisi “Reuters” agentliyinə deyib.

“Bu yol çətindir. Amma Vaşinqton dəstəkləsə, bu cür danışıqlar tezliklə başlaya bilər”, – deyə rəsmi bildirib.

Onun sözlərinə görə, İran həmçinin İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Türkiyə və Bəhreynə rəsmi xəbərdarlıqlar göndərib:

“ABŞ-ın mümkün hücumuna hər hansı dəstək, o cümlədən sözügedən ölkənin qoşunlarının yerləşdirilməsi və hava məkanından istifadə üçün ərazinin verilməsi düşmənçilik aktı kimi qiymətləndiriləcək. Belə bir hərəkətin onlar üçün ağır nəticələri olacaq”.

Sözügedən mənbə İranın ali rəhbəri Ayətullah Əli Xameneinin ordunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirdiyini bildirib.

Nəşrin məlumatına görə, İraq, Küveyt, BƏƏ, Qətər və Bəhreyn hökumətlərinin sözçüləri xəbərdarlığa cavab verməyib.

Türkiyə Xarici İşlər Nazirliyi isə bundan xəbərsiz olduğunu, lakin bu cür mesajların başqa kanallarla ötürülə biləcəyini vurğulayıb. (Globalinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO