Avropa İttifaqı ABŞ-ın rüsumlarına qarşı cavab tarifləri tətbiq edəcək

Avropa İttifaqı ABŞ-ın rüsumlarına qarşı cavab tarifləri tətbiq edəcək

Hazırda oxunan: Avropa İttifaqı ABŞ-ın rüsumlarına qarşı cavab tarifləri tətbiq edəcək

242717

Avropa İttifaqı (Aİ) yaxın günlərdə ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarına cavab olaraq, birgə cavab tədbirləri paketini qəbul etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Əks-tədbirlərin ilk mərhələsi ABŞ-dan idxal olunan və ümumi dəyəri təxminən 28 milyard dollar olan məhsulları əhatə edəcək.

Qeyd olunur ki, bu məhsullar siyahısına diş sapından tutmuş brilyanta qədər geniş çeşidli mallar daxildir.

Beləliklə, Avropa İttifaqı da Çin və Kanadanın ardınca Tramp administrasiyasının rüsum siyasətinə qarşı addım ataraq, vahid cəbhədə çıxış etməyi planlaşdırır.

Məqsəd – Aİ-nin ticarət maraqlarını qorumaq və birtərəfli rüsumlara qarşı balanslı cavab verməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO