Polşa Rusiyaya görə qırıcıları havaya qaldırdı

Polşa Rusiyaya görə qırıcıları havaya qaldırdı

Hazırda oxunan: Polşa Rusiyaya görə qırıcıları havaya qaldırdı

242657

Polşa Rusiyanın hərəkətlərinə görə aviasiyasını havaya qaldırıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin (SQ) Əməliyyat Komandanlığı sosial şəbəkəsində məlumat yayıb.
 

Bildirilib ki, Rusiya qoşunları Qərbi Ukrayna ərazisindəki obyektlərə zərbələr endirir. Bununla əlaqədar olaraq Varşava NATO üzrə müttəfiqləri ilə birlikdə qırıcı təyyarələri havalandırıb.


Bundan başqa, yerüstü hava hücumundan müdafiə (HHM) və radiolokasiya kəşfiyyatı sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Komandanlıq qeyd edib ki, görülən tədbirlər təhlükəli ərazilərə bitişik olan yerlərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO