Türkiyədə atışma: 5 ölü, 5 yaralı var

Türkiyədə atışma: 5 ölü, 5 yaralı var

Hazırda oxunan: Türkiyədə atışma: 5 ölü, 5 yaralı var

242635

Türkiyənin şimal-qərbində silahlı insident baş verib. Nəticədə beş nəfər ölüb, beş nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.
 

“Sakaryanın Serdivan rayonunda qonşu iki ailə arasında mübahisə yaranıb. Mübahisənin böyüməsi nəticəsində hər iki tərəf bir-birinə tapança ilə atəş açıb. Silahlı dava zamanı beş nəfər ölüb, beş nəfər yaralanıb”, – məlumatda bildirilib.


Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Faktla bağlı dörd nəfər saxlanılıb. Dörd tapança maddi sübut kimi götürülüb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO