Amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ prezidenti Donald Trampın siyasətinə zidd olaraq ABŞ və Avropa İttifaqı (Aİ) arasında azad ticarət zonasının yaradılmasına çağırıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə İtaliyada keçirilən “Liqa Konqresi”ndə çıxışı zamanı bildirib.
“Ümid edirəm ki, həm Avropa, həm də ABŞ-ın azad ticarət zonası yaratmaqla, ideal şəkildə sıfır rüsum vəziyyətinə keçməsi barədə razılıq əldə olunacaq”, - deyə o bildirib.
İş adamı həmçinin qeyd edib ki, Aİ-də hərəkət və məşğulluq azadlığı ABŞ-a da şamil edilməlidir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:24 / 06.04.2025
Mask Trampın rüsum siyasətinə qarşı çıxdı
Hazırda oxunan: Mask Trampın rüsum siyasətinə qarşı çıxdı
Hazırda oxunan: Mask Trampın rüsum siyasətinə qarşı çıxdı
242628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.