Pezeşkian Antarktidada dincələn köməkçisini işdən çıxardı

Pezeşkian Antarktidada dincələn köməkçisini işdən çıxardı

Hazırda oxunan: Pezeşkian Antarktidada dincələn köməkçisini işdən çıxardı

242546

İran Prezidenti Məsud Pezeşkian parlament məsələləri üzrə köməkçisi Şəhram Dəbirini işdən çıxarıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Pezeşkian bu barədə sərəncam imzalayıb.

Məlumata görə, Dəbiri Novruz tətilini Antarktidada lüks şəraitdə keçirib.

"Möminlərdən nümunə götürməklə fəxr edən bir hökumətdə, xalqa qarşı iqtisadi təzyiqlərin yüksək və məhrumiyyətlərin çox olduğu bir şəraitdə məmurların, hətta şəxsi hesablarına belə bahalı istirahət səfərlərinə getməsi müdafiə oluna və əsaslandırıla bilməz", - Pezeşkian bildirib.

Qeyd edək ki, daha öncə Ş.Dəbirinin Antarktidaya səfəri ilə bağlı məlumat və görüntülərin paylaşılması vətəndaşların kəskin etirazına səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO