Təyyarədə olan qadın sərnişinin panik atak keçirməsi səbəbindən təcili eniş edən təyyarənin 200-dən çox sərnişini Türkiyə hərbi bazasında qapalı qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Məlumata görə, Britaniya aviaşirkətinə məxsus “Virgin Atlantic” reysi aprelin 3-də səhər saat 11:40-da Londondan Mumbaya uçuş edib. Lakin təyyarə Türkiyə səmasında olarkən sərnişinlərdən biri qışqırmağa başlayıb.
Mənbənin məlumatına görə, vəziyyət o qədər qorxulu olub ki, ekipaj qadının tibbi yardım ala bilməsi üçün təcili eniş etmək qərarı verib.
Pilotlara Diyarbəkirdə eniş icazəsi verilib, baxmayaraq ki, hava limanı geniş gövdəli sərnişin təyyarələrini qəbul etmək üçün nəzərdə tutulmayıb və əsasən hərbi təyyarələrə xidmət edir.
Eniş edərkən “Airbus A350” təyyarəsində texniki nasazlıqlar yaranıb və 16 saat ərzində Hindistana uçmasına mane olub. Nəticədə sərnişinlər 16 saat hərbi bazada qalmalı olublar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:35 / 05.04.2025
Təcili eniş edən təyyarənin 200 sərnişini Türkiyə hərbi bazasında qapalı QALDI
Hazırda oxunan: Təcili eniş edən təyyarənin 200 sərnişini Türkiyə hərbi bazasında qapalı QALDI
Hazırda oxunan: Təcili eniş edən təyyarənin 200 sərnişini Türkiyə hərbi bazasında qapalı QALDI
242495
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.